Əfqanıstan Rusiya və Türkiyədən aviareysləri qəbul edəcəkbackend

Əfqanıstan Rusiya və Türkiyədən aviareysləri qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tezliklə Əfqanıstan Kabil hava limanda Rusiya və Türkiyədən təyyarələri qəbul edəcək. Bu barədə mülki aviasiya departamentinin direktoru Maulavi Abdul Hadi Hamdar bəyan edib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, “son bir neçə gündə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qətər və Pakistandan uçuşlarımız olub, tezliklə Rusiya və Türkiyəyə reyslərə başlayacağıq”, – deyə Hamdar bildirib.

Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” sentyabrın 9 -dan respublikanın hava məkanını xarici təyyarələr üçün açıb.