Əfqanıstan “Taliban”ı qonşu Pakistandakı hədəflərə hücum edib.
Bəyanatda Müdafiə Nazirliyi “hipotetik xətt”dən kənarda həyata keçirilən zərbələrə istinad edir (Əfqanıstan hakimiyyəti Pakistanla sərhədi belə təyin edir və tanımır). “Taliban” qüvvələri Pakistanda “bir neçə nöqtəyə” hücum edib. Həmin nöqtələr onların fikrincə, “Əfqanıstana hücumları təşkil edən və koordinasiya edən” “hücumçular və onların tərəfdarları üçün mərkəz və gizlənmə yeri” rolunu oynayıb. Zərərçəkənlər və ya təsirlənən konkret ərazilər barədə məlumat verilməyib.
//Samir Qurbanov, Editor.az