“Əfqanıstana qarşı ikili standartlar tətbiq edirsiniz”backend

“Əfqanıstana qarşı ikili standartlar tətbiq edirsiniz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin irlandiyalı qadın deputatı Kler Deyli Ukraynadakı müharibənin bir an belə gündəmdən düşməsinə imkan verməyən parlamentin Əfqanıstanda baş verən hadisələrə susmasını sərt şəkildə tənqid edib. Editor.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o Əfqanıstana qarşı ikili standartların tətbiq edildiyini bildirib.

“Əfqanıstan xalqının humanitar vəziyyəti Ukraynadakından yaxşı deyil.Şübhə yoxdur ki, biz fəlakətli böhranlar dövründə yaşayırıq. Günahsız dinc sakinlər həyatları öz ağalarının müharibələrinə görə qurban verir. Bəli! Ukraynada, lakin təkcə Ukraynada deyil. On minlərlə Əfqanıstan vətəndaşı qida və təhlükəsiz yer axtarışındadır. 5 milyon uşaq aclıq, əzablı və ağrılı ölümlə üz-üzədir. Uşaq nigahlarının və satılan uşaqların sayının artımı davam edir. Ukraynada olduğu kimi Əfqanıstandakı dramla bağlı bir dənə də olsun maarifləndirici televiziya verilişi yoxdur. Təcili müdaxilənin olması və ya humanitar yardımın edilməsi üçün hər hansısa bir xüsusi toplantı keçirilmir. Əfqan xalqına qarşı mənfi olan ayrı-seçkiliyin səbəbi nədir ? Dərilərinin rəngidirmi? Ağ olmadığları üçündürmü? Avropalı olmadığı üçündürmü? Yoxsa problemin ABŞ silahından qaynaqlandığı üçündürmü? Ölkənin kim tərəfində işğal edilməsi əsas deyil. Bu rusdurmu yoxsa despotik ABŞ Prezidentidir. Bütün müharibələr pisdir və bütün müharibə qurbanları dəstəyə layiqdir “- deyə Deyli bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az