Əfqanıstanda 5,9 bal gücündə zəlzələ baş veribbackend

Əfqanıstanda 5,9 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda 5,9 bal gücündə zəlzələ baş verib. Editor.az ABŞ Geoloji Xidmətinin(USGS) verdiyi məlumata istinadən xəbər verir ki, zəlzələnin episentri Əfqanıstanın şərqindəki Xost vilayətindən 46 kilometr cənub-qərbdə, Pakistanla sərhəddə yerləşib. Yerli vaxtla saat 01:24-də baş verən zəlzələ paytaxt Kabil də daxil olmaqla əhalinin sıx yaşadığı yerlərdə, eyni zamanda Pakistanın paytaxtı İslamabad və Pişəvər kimi sərhədə yaxın Pakistanın əsas şəhərlərində də hiss olunub. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.

Hələlik can və mal itkisi ilə bağlı Əfqanıstan rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, yanvar ayında Əfqanıstanın Badgis əyalətində 5,3 bal gücündə zəlzələ baş vermiş və 26 nəfər həyatını itirmişdi.

//Gülnarə Abasova, Editor.az