Əfqanıstanda, ABŞ-ın “Baqram” hərbi bazasına hücum olub.
terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.
Terror aktı nəticəsində 3 Gürcüstan hərbi qulluqçusu yaralanıb. Faktı təsdiqləyən Gürcüstan müdafiə nazirliyi hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.
“Hazırda leytenant İveri Buadze əməliyyat olunur”, nazirlikdən bildirilib.
Qeyd edək ki, 800 Gürcüstan hərbçisi NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda iştirak edir.
//APA