Əfqanıstanda Taliban qadın xəbər aparıcılarına üzlərini örtüklə örtməyi tapşırdıqdan sonra bəzi böyük kanallarda kişi aparıcılar qadın həmkarlarına dəstək olmaq üçün maska taxıblar.
Editor.az Human Rights Watch-un sitat gətirdiyi xəbərə istinadən bildirir ki, sosial mediada Talibana qarşı “Üzünü azad et” kampaniyası başladılıb. Taliban həmçinin son həftələrdə evdən çıxan qadınlara burqa geyinməyi məcbur edib.
Qeyd edək ki, radikal islamçı qrup həm də qızların təhsil almasını da məhdudlaşdırıb.
//Gülnarə Abasova, Editor.az

