İnterfaks Əfqanıstanda 48 saata yaxın fasilədən sonra internet xidmətinin bərpa olunduğunu bildirib.
Editor.az bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidmətindən alınan məlumata istinadla xəbər verir.
Təşkilat hazırda Əfqanıstanı idarə edən və terrorçu təşkilatlar siyahısına salınan Talibanın hərəkətləri ilə bağlı heç bir açıqlama vermədiyini vurğulayıb.
Hava nəqliyyatının da normal fəaliyyət göstərdiyi bildirilir.
Sentyabrın 29-da Taliban terror təşkilatının “əxlaqı qorumaq” hərəkətləri səbəbindən Əfqanıstanda internet xidməti kəsilib.
Sentyabrın 18-də Əfqanıstanın 34 əyalətindən 11-də genişzolaqlı internet kəsilib. Bu sərəncamı Əfqanıstan lideri Hebətullah Axundzadə “əxlaqsızlığa” qarşı mübarizəsi çərçivəsində verib. Mənbələrin bildirdiyinə görə, Axundzadə sırf dövlət qurumları və diplomatik nümayəndəlikləri internetlə təmin etmək üçün yeni şirkətin yaradılmasına göstəriş verib.
//Gülnarə Abasova, Editor.az

