Əfqanıstanda kasıb ailələr dolanışıq üçün uşaqlarını satırbackend

Əfqanıstanda kasıb ailələr dolanışıq üçün uşaqlarını satır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və digər NATO ölkələri hərbi varlığını dayandırdıqdan sonra Taliban nəzarətinə keçən Əfqanıstan iqtisadi çöküşlə mübarizə aparır.

Editor.az xəbər verir ki, “Wall Street Journal”(WSJ) qəzetindəki xəbərlərdə əfqan ailələrinin borclarını ödəmək üçün uşaqlarını satdıqları bildirilib. Xəbərdə Qərbdəki Herat əyalətində günə 70 dollara təmizlikçi işləyən bir ananın borc aldığı şəxsə 550 dollar borcu olduğundan danışılır. Adı Saliha olan qadına borc verən şəxs 3 yaşındakı qızını ona satacağı təqdirdə borcunun siləcəyini söyləyib.

Nağd pul ehtiyatlarının azalması və beynəlxalq yardımların kəsilməsi səbəbindən humanitar böhranla üzləşən Əfqanıstanda belə hallar günü-gündən çoxalır.

WSJ -nin məlumatına görə, sakinlər ifadə veriblər ki, Heratdakı digər ailələr borclarını ödəmək üçün uşaqlarını satmalı olublar. Digər tərəfdən, Taliban ölkəni ələ keçirdikdən sonra un və yağ kimi əsas ərzaq məhsullarının qiymətləri iki dəfə artıb.

//Gülnarə Abasova, Editor.az