Əfqanıstanda bu gün də məsciddə terror hadisəsi baş verib.
Editor.az “Sabah”qəzetinə istinadən xəbər verir ki, Kunduz vilayətinin İmam Sahib rayonunda məscidə edilən bombalı hücumda 33 nəfər həyatını itirib, 43 nəfər isə yaralanıb.
Əfqanıstanda baş vermiş terror hadisəsinə BMT-dən də reaksiya gəlib. BMT-nin baş katib Antoniu Quterreş terror aktını pisləyib.
Qeyd edək ki, hadisə ilə bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
//Editor.az

