Əfqanıstanda məscidə hücum: 10 ölü, 15 yaralıbackend

Əfqanıstanda məscidə hücum: 10 ölü, 15 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Məzari-Şərif şəhərində məsciddə terror hadisəsi baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, baş vermiş hadisə zamanı 10 nəfər ölüb 15 nəfər yaralanıb. Hadisəyə səbəb yol kənarına yerləşdirilmiş bombanın partlaması olub. Hökumət rəsmiləri ölənlərin sayının arta biləcəyini qeyd edib. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin bölgədə məktəbə bombalı hücum olmuşdu. Bu hücum nəticəsində 6 nəfər həyatını itirmiş, 17 nəfər isə yaralanmışdı. Xəsarət alanların çoxu azyaşlı uşaqlar olub.

//Editor.az