Əfqanıstanda qadın aparıcılar niqab taxacaqlarbackend

Əfqanıstanda qadın aparıcılar niqab taxacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ayın əvvəlində Taliban qadınlara örtülü paltar geyinmədən çölə çıxmağı qadağan edib. Televiziya aparıcıları və jurnalistlərə də oxşar qadağa qoyulub.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra əfqan qadın aparıcıları efirə niqabla çıxıb.

Ölkənin ən önəmli verlişlərindən olan “Tolo News”un aparıcısı Sonia Niazi niqab qanununa münasibət bildirib.

“Əvvəlcə müqavimət göstərdik, lakin kanala təzyiqlər oldu və buna məcbur olduq. Əvvəllər qadın aparıcılardan hicab taxmaq tələb olunurdu, çadra yox. Ötən gün kanalın kişi aparıcıları da qadın həmkarlarına həmrəylik əlaməti olaraq qara maska ​​taxaraq efirə çıxıblar”, -deyə Niazi bildirib.

//Nəzərbəy, Editor.az