Əfqanıstanda qızların orta məktəbdə təhsil almasına qadağa qoyulmasının ardından indi də onların universitetdə oxuması rəsmən qadağan edilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Zeiyaullah Haşimi bu barədə sosial media hesabında məlumat verib.
Əfqanıstanın bütün dövlət və özəl universitetlərində dərc edilən qərarda qeyd olunur: “Nazirlər Şurasının qərarına əsasən, qızların universitetlərdə təhsili ikinci əmrə qədər dayandırılıb”.
Qərardan əvvəl universitetlərdəki qız tələbələr kişi tələbələrdən ayrı oturmaq və müəyyən geyim qaydalarına uyğun geyinmək şərti ilə dərslərdə iştirak edə bilərdilər.
Qərara Türkiyədən reaksiya gəlib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bu qərarın İslamın ruhuna zidd olduğunu deyib: “Bu qadağanın dində yeri yoxdur”.
//Samir Qurbanov, Editor.az

