Əfqanıstanda universitetlər açılıb: Sinif otaqlarında qadın və kişiləri pərdə ayırır- FOTObackend

Əfqanıstanda universitetlər açılıb: Sinif otaqlarında qadın və kişiləri pərdə ayırır- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ilk dəfə açılan bəzi universitetlərdə sinif otaqlarında qız və oğlanların oturacaqları arasından pərdələr asılıb.Bəzi universitetlərdə isə qadınların kişi tələbələrdən tamamilə ayrıldığı bildirilib.

Editor.az xəbər verir ki, Əfqanıstanın ən böyük şəhərlərindən Kabul, Qəndəhar və Heratdan olan tələbə və müəllimlər “Reuters”-a bildiriblər ki, qadınlar ya sinif otaqlarından kişilərdən pərdə ilə ayrılır, ya da ayrıca təhsil alırlar və ya yalnız universitet binasının müəyyən hissələrinə gedə bilərlər. Kabul Universitetinin tələbəsi Anjila “Pərdələrin qoyulması qəbuledilməzdir. Sinifə girəndə özümü çox pis hiss edirəm. Tədricən 20 il əvvələ qayıdırıq” deyib. Anjila, Taliban nəzarətindən əvvəl qadın və kişilərin siniflərdə ayrı oturduqlarını, ancaq otağın pərdə ilə bölünmədiyini bildirib.

1996-2001-ci illərdə Talibanın Əfqanıstanda hakimiyyət illərində qadınların məktəbə və ya universitetə ​​getməsi və işləməsi qadağan edilmişdi. Qərb ölkələri Talibanın qadınlarla bağlı siyasətini yaxından izləyir.

//Gülnarə Abasova, Editor.az