Əfqanıstanda yenidən zəlzələ baş veribbackend

Əfqanıstanda yenidən zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələ Əfqanıstanı yenidən silkələyir. Ötən gün seysmoloqlar 6,4 və 5,0 bal gücündə iki təkan qeydə alıblar. Hər iki zəlzələ Herat şəhərinin şimal-qərbində baş verib.

Daha güclü təkanın episentri Heratdan 34 km aralıda olub.

İkinci zəlzələ isə qəsəbəyə bir qədər yaxın – 28 km aralıda baş verib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, şənbə günü 270 mindən çox insanın yaşadığı Herat yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib və 2,5 min nəfərin ölümünə səbəb olub.

//Samir Qurbanov, Editor.az