Əfqanıstanda vətəndaşların təxliyəsi üçün göndərilən Rusiya Müdafiə Nazirliyinə məxsus daha iki təyyarə Moskva bölgəsindəki Çkalovskiy Hava Limanına qayıdıb.
Editor.az xəbər verir ki, ölkəyə göndərilən 4 evakuasiya təyyarəsinin hamısı geri dönüb. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə Əfqanıstanda 500 -dən çox adam təxliyə edilib.
İl-62 və İl-76 təyyarələri sərnişinləri ilə birlikdə Çkalovskiy hava limanına enib. Təyyarədə Rusiya KTMT ölkələri (Belarus, Qırğızıstan, Tacikistan), Özbəkistan və Ukrayna vətəndaşları olub.
//Gülnarə Abasova, Editor.az

