Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “Tvitter” hesabında Əfqanıstanda baş verənlər və nizamsız miqrasiya ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə, Əfqanıstanda baş verən hadisələr və qanunsuz miqrasiya ilə əlaqədar beynəlxalq səviyyədə ciddi iş aparılır:
“Bölgəmizdə sabitliyi təmin etmək, ölkəmizi immiqrasiya təzyiqlərindən qorumaq və millətimizin əmin -amanlığını təmin etmək üçün bütün lazımi addımları atmağa davam edəcəyik”.
//Gülnarə Abasova, Editor.az


