Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində yağan güclü yağış daşqınlara səbəb olub.
Editor.az xəbər verir ki, böyük dağıntılar vilayətin mərkəzində, Pakistanla sərhəddə yerləşən Cəlalabad şəhərində, Sux Rod bölgəsində və qonşu ərazilərdə baş verib. Səhiyyə Nazirliyindən verilən açıqlamada 40 nəfərin öldüyü, 347 nəfərin yaralandığı bildirilir. Yaralıların müalicəsi üçün seldən zərər çəkmiş ərazilərə təcili tibbi yardımların göndərildiyi, can itkisinin artacağı bildirilib.
Əfqanıstanda may ayından bəri davam edən leysan yağışları və daşqınlar nəticəsində 400-dən çox insan həyatını itirib, minlərlə insan evsiz qalıb.
//Samir Qurbanov, Editor.az

