Əfqanıstanın Herat əyalətində baş verən zəlzələlərdə ölənlərin sayı 2 min 445-ə yüksəlibbackend

Əfqanıstanın Herat əyalətində baş verən zəlzələlərdə ölənlərin sayı 2 min 445-ə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Herat əyalətində dünən baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 2 min 445-ə yüksəlib.

Editor.az xəbər verir ki, bunu Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin mətbuat katibi Molla Canan Saik paylaşıb.

Günorta saatlarında 9 min 240 olaraq açıqlanan yaralıların sayının yanlış olduğunu qeyd edən mətbuat katibi hazırda yaralananların sayının 2 min 440 olduğunu bildirib.

Saik ən çox itkilərin Zindecan rayonunun 13 kəndində olduğunu və zəlzələlərdə 1320 evin dağıldığını bildirib.

//Gülnarə Abasova, Editor.az