Əfqanıstanın ilk qadın bələdiyyə sədri Almaniyaya qaçıbbackend

Əfqanıstanın ilk qadın bələdiyyə sədri Almaniyaya qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Maydan Vardak əyalətinin meri və qadın hüquqları müdafiəçisi Zərifə Qafari Talibandan qaçaraq keçən həftə Pakistanın paytaxtı İslamabada, daha sonra isə İstanbula gedib.

Editor.az xəbər verir ki, Taliban ölkəni ələ keçirdikdən sonra Zərifə Qafari Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinə gəlib. Əyalətin baş nazirlik ofisinin Twitter hesabında edilən açıqlamada Qafarinin bazar ertəsi axşamı ailəsi ilə birlikdə Köln-Bonn Hava Limanına gəldiyi, daha sonra KRV və Xristian Demokrat Baş naziri Armin Laschet ilə görüşdüyü bildirilib.Talibandan qaçan Qafarinin Şimali Reyn-Vestfaliya əyalətində qorunacağı bildirilib.

Zərifə Qafari 2018 -ci ildə 26 yaşında Əfqanıstanın ən gənc bələdiyyə sədri olub.

Qeyd edək ki, Taliban ölkəni ələ keçirdikdən sonra onu öldürəcəyindən qorxan Qafari dünyaya belə müraciət etmişdi:

“Oturub onların gəlməyini gözləyirəm. Mənə və ailəmə kömək edəcək kimsə yoxdur. Mənim kimi insanları tapıb öldürəcəklər. Mən ailəmi tərk edə bilmərəm. Hara gedə bilərəm ki?”

//Gülnarə Abasova, Editor.az