Rusiya Baş nazirinin müavini Yuri Borisov Əfqanıstanla həmsərhəd olan müttəfiqlərinə endirimli qiymətlərlə silah və hərbi texnika ilə təmin edə biləcəklərini söyləyib.
Editor.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Borisov Əfqanıstanda həmsərhəd olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinə endirimli qiymətlərlə silah və hərbi texnika ilə təchiz etməyin mümkün olub -olmayacağı sualına “Sizin dedikləriniz də daxil olmaqla cənub sərhədlərimizi gücləndirmək üçün lazım olan hər şeyi edəcəyik. “- deyə cavab verib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın “Rosoboronexport” hərbi ixracat şirkətinin baş direktoru Aleksandr Mixeyev Talibanın təhlükə törədəcəyi təqdirdə Əfqanıstanın qonşularına silah tədarük etməyi düşünəcəklərini bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

