Əfsanəvi “Azov” yenə də iş başındadır: Donbas istiqamətində rusların çox sayda canlı qüvvəsi və texnikası məhv edilibbackend

Əfsanəvi “Azov” yenə də iş başındadır: Donbas istiqamətində rusların çox sayda canlı qüvvəsi və texnikası məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Ukrayna Silahlı Qüvvələrinin “Azov” alayından olan 3-cü ayrıca hücum briqadası Donbasda hücum əməliyyatları həyata keçirib.

Hücum nəticəsində Rusiya Silahlı Qüvvələrinin 72-ci ayrıca motoatıcı briqadasının bir neçə rotası demək olar ki, tamamilə məhv edilib, casuslar darmadağın olunub, xeyli sayda zirehli döyüş maşını sıradan çıxarılıb və çox sayda əsgər əsir götürülüb.

Editor.az bildirir ki, bu barədə “Azov” alayının ilk komandiri Andrey Biletski deyib. Onun sözlərinə görə, Rusiyanın “Vaqner” özəl şirkətinin 3-cü hücum dəstəsi böyük itki verib. “Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücumçu briqadasının hücum hərəkətləri nəticəsində Rusiya Federasiyasının 72-ci briqadasının bölmələri məğlub edilib. Bu briqadanın 6 və 8-ci rotaları faktiki olaraq tamamilə məhv edilib”.

Alay komandiri əlavə edib ki, ukraynalı əsgərlər eni 3 km, dərinliyi 2,6 km olan zonada hücuma keçiblər. “…Bütün ərazi rus işğalçı qüvvələrindən tamamilə azad edilib…”, – Biletski bildirib. Bundan əvvəl “Azov” Baxmut istiqamətində düşmənin 72-ci motoatıcı briqadasının qaçdığını xəbər vermişdi.

//Samir Qurbanov,Editor.az