Əfsanəvi Dieqo Maradonanın qəbrini niyə açdılar?backend

Əfsanəvi Dieqo Maradonanın qəbrini niyə açdılar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli futbolçu Dieqo Maradonanın cəsədinin qalıqları yeni yerdə yenidən dəfn ediləcək.

Editor.az bildirir ki, bu qərarı Argentina məhkəməsi verib. Sky News yazır ki, futbol əfsanəsinin 2020-ci ilin noyabrında ölümündən sonra şəxsi qəbiristanlıqda dəfn edildiyi məlumdur.

Bununla belə, Maradonanın övladları ötən il ulduzun qalıqlarını ictimai məqbərəyə köçürməyi planlaşdırdıqlarını bildiriblər ki, pərəstişkarları şəxsən öz ehtiramlarını ifadə edə bilsinlər.

Qeyd edək ki, futbol əfsanəsi Buenos-Ayresdən (Argentina paytaxtı) təxminən 50 kilometr şimal-qərbdə yerləşən Jardin de Bella Vista qəbiristanlığında dəfn olunub. Mərhumun yaxınları onun cəsədinin Buenos-Ayresin nüfuzlu Puerto Madero rayonunda yerləşən yeni “Memorial M10” məqbərəsinə aparılacağını planlaşdırırlar. İndi bu yer hələ ki, tikilməkdədir. “Biz həmişə bilirdik ki, onun yeri insanlar arasındadır, lakin biz onu da başa düşürdük ki, bütün təhlükəsizlik təminatları prioritetdir” – mərhum futbolçunun qızı Dalma Maradona deyib

//Samir Qurbanov, Editor.az