Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşdıbackend

Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Editor.az Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.
Komissiyanın indiyə qədər keçirilən iclaslarında baxılan müraciətlərin ümumi sayı 500-dən artıqdır.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.
Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.