“Əgər ABŞ-ın vasitəçiliyi olacaqsa, bundan narazı qüvvələr prosesi sabotaj etməyə başlayacaqlar”- ŞƏRHbackend

“Əgər ABŞ-ın vasitəçiliyi olacaqsa, bundan narazı qüvvələr prosesi sabotaj etməyə başlayacaqlar”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində aparılan danışıqlarda ABŞ vasitəçilik missiyasını həyata keçirtməyə çalışır. 2022-2023-cü ildə ABŞ-ın vasitəçiliyi ilə müəyyən irəliləyiş əldə olunsa da Azərbaycanın alternativ tədbirlərindən sonra ABŞ-ın mövqeyində ciddi dəyişikliklər oldu”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ bir çox hallarda Azərbaycanın Cənubi Qafqazda yeni yaratdığı geosiyasi reallığı qəbul etmir:

“İndi də Vaşinqton vasitəçilik rolu ilə regionda möhkəmlənməyə çalışır. Ancaq bunun üçün o, ilk növbədə ədalətli mövqe tutmalı, beynəlxalq hüquqa söykənməlidir. Həmçinin dünyada geopolitik qarşıdurma kontekstində Cənubi Qafqaz uğrunda mübarizə gedir. Rəsmi Bakı Azərbaycanla Ermənistan arasında hər hansı vasitəçinin olmasını qəbul etmir. Çünki üçüncü qüvvələrin vasitəçiliyinin sülhə gətirib çıxarmayacağının fərqindədir. ABŞ-ın əgər vasitəçiliyi olacaqsa, bundan narazı qüvvələr prosesi sabotaj etməyə başlayacaqlar. Azərbaycan tərəfinin fikrincə, ən ədalətli mövqe sülh prosesinə heç bir kənar qüvvənin müdaxilə etməməsidir. Qarabağ məsələsi artıq həll edilib, ərazilərimiz işğaldan azad edilib. Həll olunmalı əsas məsələ Zəngəzur məsələsidir. Burada üçüncü tərəf bəlkə də pərdəarxası şəkildə proseslərə dəstək verə bilər, ancaq birbaşa müdaxilədən söhbət gedə bilməz”.

//Gülnarə Abasova, Editor.az