Əgər biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, o zaman ATƏT nəyə lazımdır – Nikol Paşinyanbackend

Əgər biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, o zaman ATƏT nəyə lazımdır – Nikol Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hakimiyyəti günü bu gün Azərbaycanla sülh sazişinin imzalanmasını və ATƏT-in Minsk qrupunun buraxılmasını təklif edib.

Editor.az xəbər verir ki, bu barədə bu gün, aprelin 15-də baş nazir Nikol Paşinyan məlumat verib. “Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasını təklif edirik: “Yəni hər iki sənədin eyni gündə imzalanmasını” deyən cənab Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Ermənistan baş nazirinin sözlərinə görə, Ermənistan Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşür. “Doğrudan da, əgər biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, və onu da bağlayırıqsa, onun həlli ilə bağlı format nəyə lazımdır?” – Paşinyan izah edib.

“Amma ATƏT-in Minsk Qrupunun de-fakto daha geniş konteksti var və biz əmin olmaq istəyirik ki, Azərbaycan bu addımı öz ərazisindəki münaqişənin bağlanması və Ermənistana ötürülməsi istiqamətində atılan addım kimi qəbul etməsin”, – deyə Paşinyan əlavə edib. Onun sözlərinə görə, sülh müqaviləsinin və ATƏT-in Minsk qrupunun buraxılması haqqında sazişin eyni vaxtda imzalanması yanlış şərhlərin qarşısını almağa kömək edəcək.

//Samir Qurbanov, Editor.az