Əgər biz Ukraynanın Aİ-yə üzv olmasını istəmiriksə, onda Macarıstan parlamenti bunun əleyhinə səs verəcək – Viktor Orbanbackend

Əgər biz Ukraynanın Aİ-yə üzv olmasını istəmiriksə, onda Macarıstan parlamenti bunun əleyhinə səs verəcək – Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban üzv ölkələrin Ukraynanın Avropa Birliyinə qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına niyə mane olmadığını izah edib.

Onun sözlərinə görə, Macarıstanın bu prosesi daha 75 dəfə dayandırmaq imkanı olacaq. “Həlledici arqument ondan ibarət idi ki, Ukraynanın üzvlüyü ilə bağlı son sözü Macarıstan parlamenti də daxil olmaqla 27 parlament deməli olduğunu nəzərə alsaq, Macarıstan heç nə itirmir.

Beləliklə, əgər biz Ukraynanın Aİ-yə üzv olmasını istəmiriksə, onda Macarıstan parlamenti bunun əleyhinə səs verəcək”.

Editor.az xəbər verir ki, Orban bu sözləri “Kossuth” radiosunun efirində bildirib. Baş nazir onu da qeyd edib ki, bu məsələ çox uzun vaxt aparacaq, çünki ilk növbədə üzv ölkələrin parlamentlərinə çatmalıdır. “Macar hökumətinin bu prosesi təxminən 75 dəfə saxlaya bilmək imkanı var”, – Orban deyib.

//Samir Qurbanov, Editor.az