“Əgər bu dəstək olmasa, artıq Paşinyanın hakimiyyətdə qalma ehtimalı da azalır”-ŞƏRHbackend

“Əgər bu dəstək olmasa, artıq Paşinyanın hakimiyyətdə qalma ehtimalı da azalır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabahkı Kişinyov görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyandan başqa Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Aİ Şurasının sədri Şarl Mişelin də iştirakı olduqca maraq doğurur. Görüşdə hansısa sənədin imzalanacağı gözlənilmir. Ola bilsin ki, müəyyən məsələlərlə bağlı bəyanat imzalanacaq”.

Bunu politoloq Samir Hümbətov Editor.az-a sabah Moldovanın paytaxtı Kişinyovda Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla baş tutacaq görüşünü şərh edərkən deyib.


O, sabahkı görüşdə müzakirə olunması nəzərdə tutulacaq məsələlərə də toxunub:

” Bir çox qaranlıq məsələlərin həllində tezliklə yekun nəticəyə gəlmək mütləqdir. Çünki Paşinyan prosesin tam şəkildə yekunlaşmasını təsəvvür edə bilmir. Görünür, erməni cəmiyyəti də hələ sülhə hazır deyil. Ona görə erməni baş nazir mümkün qədər Qərbdən dəstək almağa çalışır. Çünki o, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dilə gətirsə də Qazaxın 7 kəndi, Naxçıvanın bir kəndinin geri qaytarılması məsələlərinə şərti yanaşır və bu kimi bəzi məqamlardan ehtiyat edir. Digər tərəfdən isə guya Paşinyanın iddiasına görə Azərbaycanda da erməni torpaqları var. Halbuki bu yenə də erməni cəfəngiyyatıdır. Ermənistan baş nazirinə indiki məqamda Avropanın dəstəyi mühüm əhəmiyyət kəsb edir. Əgər bu dəstək olmasa, artıq Paşinyanın hakimiyyətdə qalma ehtimalı da azalır. Hesab edirəm ki, sabahkı görüşdə tərəflər arasında şifahi müzakirələr aparılacaq. Yalnız bu müzakirələrin yekun nəticəsindən sonra hansısa sənəd imzalana bilər”.

//Gülnarə Abasova, Editor.az