“Panik atak qəfil başlayan, sürətlə artan başlanğıcı və sonu olan intensiv qorxu və sıxıntı olan bir haldır. Panik atak əlamətləri adətən 10 dəqiqədən 20-30 dəqiqəyə qədər davam edir”.
Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.

Psixoloq panik atakın əlamətlərinə də diqqət çəkib:
“Ürək döyüntüsünün hiss edilməsi və ya ürək döyüntüsünün artması;
Tərləmək;
Titrəmək;
Nəfəsin darlığı;
Boğulma;
Sinə ağrısı və ya sinədə sıxılma hissi;
Bulantı və ya qarın ağrısı;
Başgicəllənmə, huşunu itirib yıxılacaq kimi
hiss etmək;
Ölüm qorxusu;
Üşütmə və ya istilik;
Ağızda quruluq;
“Bədəndə uyuşma”.
L. Əli sadalanan əlamətlərdən 4-ünün 10 dəqiqə davam etməsinin panik atak diaqnozu hesab edildiyini deyib:
“Panik atak zamanı insan nə hiss edir? və beynində hansı düşüncələr olur? Bu zaman insan adətən qorxuya, dəhşətə gəlir, sonu gəlmiş, ağlını itirmiş kimi hiss edir, ürək tutması, insult olma kimi düşüncələri olur. Panik atak zamanı fiziki əlamətlər olduğu üçün atak keçirən şəxs öncə tibbi müayinədən (nevroloq,kardioloq,terapevt) müayinəsindən keçməlidir, çünki bu tip hallar müəyyən xəstəliklərdə də yarana bilir. Müayinələrdə fiziki heç bir problemi olmayan pasientlər psixiatrla müalicəyə və psixoloqla terapiyaya başlamalıdır”.
//Gülnarə Abasova, Editor.az

