“Əgər bu proses könüllü şəkildə baş tutmayacaqsa, güc vasitəsilə öz həllini tapacaq”- Politoloqdan ŞƏRHbackend

“Əgər bu proses könüllü şəkildə baş tutmayacaqsa, güc vasitəsilə öz həllini tapacaq”- Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Separatçıların təxribatlarının səbəbi aydındır. Son vaxtlar Ermənistan baş naziri Nikol Paşinyanın dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi həm separatçıları, həm də rus sülhməramlılarını qıcıqlandırır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq rəsmi Moskvanın Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki aktiv vasitəçiliyindən narazı olduğunu bildirib:

” Kreml bunu açıq şəkildə  bəyan edir. Rəsmi Bakı dəfələrlə bildirib ki, proseslərin normallaşmasına töhfə verəcək heç bir vasitəçidən imtina etməyəcək. Çünki bizim üçün əsas meyar nəticədir. Moskva görüşü ərəfəsində baş verən yeni təxribatlar onu göstərir ki, Rusiya və onun timsalında rus sülhməramlıları müəyyən təzyiq vasitələrinə əl atır. Kreml demək istəyir ki, o daha yaxındadır və vasitəçiliyi əsas rol oynayır. Qarabağ  Azərbaycan torpağıdır və Bakı hər an antiterror əməliyyatlarına başlaya bilər. Buna isə heç bir qüvvənin müdaxilə etməyə hüququ yoxdur. Həmin qanunsuz erməni birləşmələri Qarabağdan çoxdan çıxmalı idi. Əgər bu proses könüllü şəkildə baş tutmayacaqsa güc vasitəsilə öz həllini tapacaq”.

//Gülnarə Abasova, Editor.az