“İranın bütün neftini əldə etmək istərdim, amma amerikalıların bu istəyimi normal qarşılamayacaqlarından narahatam”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Seçim imkanım olsaydı, İranın neftini ələ keçirərdim. Təəssüf ki, Amerika xalqı bizim geri qayıtmağımızı istəyir. Əgər bu yalnız məndən asılı olsaydı, nefti özümüzdə saxlamaq üçün hər şey edərdim. Sadəcə düşünmürəm ki, ABŞ xalqı bunu anlayışla qarşılayacaq. Biz indi İrandan çıxa bilərik, amma mən bu işi sona çatdırmaq istəyirəm”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, İran səmasında vurulan ABŞ-a məxsus qırıcıların hər iki pilotunun vəziyyəti yaxşıdır:
“İranın “F-15 məsələsində bir qədər bəxti gətirdi. Müharibədə bəzən şans da rol oynayır. İranın hələ müəyyən sayda raketləri və dronları var. Amma əslində onların ciddi imkanları qalmayıb. Bizim isə çoxlu güllə izləri olan bir neçə helikopterimiz mövcuddur”, – Tramp deyib.
ABŞ Prezidenti qeyd edib ki, əgər İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi bölməsinin komandanı Qasim Süleymani sağ qalsaydı, hər şey tam fərqli ola bilərdi. Biz yenə qalib gələrdik, amma bu, daha çətinliklə baş verəcəkdi”, – deyə ABŞ prezidenti vurğulayıb.

