Avropa İttifaqının dəstəyi olmadan Ukrayna işğalçı ölkə Rusiyaya qarşı genişmiqyaslı müharibəyə tab gətirə bilməyəcək.
Editor.az bildirir ki, bu barədə “20minutos.es”ə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
Onun sözlərinə görə, çoxları” müharibənin mümkün qədər tez bitməsini istəyir, lakin bunun dəqiq necə başa çatdırılması daha vacibdir. “Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, 15 gün ərzində müharibə başa çatacaq və Putin öz məqsədlərinə çatacaq”, – Borrell deyib. Borrell hesab edir ki, Qərb mümkün olan hər şeyi etməlidir ki, “vaxt gələndə” sülh danışıqları Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sərfəli şərtlərlə aparılsın”.
//Samir Qurbanov, Editor.az