“Rusiya ” Dağlıq Qarabağ” deyirsə, onun burada sülhməramlı kimi fəaliyyətinə son verilməlidir..”backend

“Rusiya ” Dağlıq Qarabağ ” deyirsə, onun burada sülhməramlı kimi fəaliyyətinə son verilməlidir..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında Qarabağı ” Dağlıq Qarabağ Respublikası” kimi qeyd etməsi, birinci hal deyil. Ümumiyyətlə, bu ölkənin mətbuatında daima belə bir ifadə işlədilir. Belə çıxır ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü tanımır?! Rusiya prezidenti Vladimir Putin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi qeyd edibsə, indiki məqamda baş verənlər göstərir ki, ölkəmizə qarşı buradan təzyiq edilir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünə qarşı mövqe ortaya qoyub:

“Əgər, Rusiya ” Dağlıq Qarabağ Respublikası” deyirsə, onun burada sülhməramlı kimi fəaliyyətinə son verilməlidir. Məhz Rusiya “sülhməramlı” qüvvələri 10 noyabr Birgə Bəyannaməsinə uyğun olaraq, məhz üç tərəfli imzaya uyğun Qarabağdadırlar və həmin sənəddə heç bir status qeyd edilməyib. Rusiyanın əsas məqsədi Qarabağda ermənilərin yaşadığı ərazidə qalıcılığını qorumaq və Azərbaycana təzyiq etməkdir. Amma, Rusiyanın bu siyasəti öz geosiyasi mövqelərinin əleyhinə işləyir”.

Politoloqun sözlərinə görə,  artıq Qarabağda Rusiya “sülhməramlı” kimi xarakterizə edilməməlidir:

“Qeyd edim ki, bir neçə gün bundan əvvəl, Azərbaycan ordusunun əsgərinin Ağdərdə qanunsuz silahlı erməni birləşmələri tərəfindən əsir alınması və geri qaytarılmamasında Rusiya “sülhməramlı” qüvvələri məsuliyyət daşıyır. Bu qüvvələrin komandanı Rüstəm Muradovun hərbiçimizlə şəkil çəkdirmək əvəzinə dərhal Azərbaycana təhvil verilməli idi. Bununla aydın olur ki, bəs, sülhü təmin edən bu qüvvələr, demək prosesi qızışdıran tərəfdi. Prezident İlham Əliyevin bu problemlərə son qoyacağı gözlənilir. Proses ona doğru gedir. Qarabağda baş verənlərə görə Rusiya ilə Azərbaycan arasında problemlərin dərinləşəcəyi gözlənilir. Hətta Azərbaycan gələn il bu qüvvələrin çıxarılmasını tələb edə bilər”.

//Gülnarə Abasova, Editor.az

Loading...