Qeyri-qanuni mühacirləri daşıyan qayığın Lesbos adası sahillərində qayalara çırpılması nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, nizamsız immiqrantları daşıyan qayıq güclü küləyin təsir etdiyi bölgədə qayalara çırpılıb. Qəza nəticəsində üç qeyri-qanuni mühacir ölüb, biri yaralanıb.
Qəzadan sağ çıxanlar bildiriblər ki, qayıqda təxminən 36 qeyri-qanuni immiqrant olub. Yaralı qeyri-qanuni mühacir müalicə üçün Lesbos xəstəxanasına, qəzadan sağ çıxan 8 nəfər isə adadakı Mühacirlərin Qəbul və Kimlik Mərkəzinə aparılıb.
İtkin düşən qeyri-qanuni mühacirlərin axtarış-xilasetmə işləri davam edir.
//Səbinə Hüseynli, Editor.az

