Əhali 10 ayda 31663,2 milyon manat xərcləyib – RƏSMİbackend

Əhali 10 ayda 31663,2 milyon manat xərcləyib – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31663,2 milyon manatlıq, o cümlədən 17034,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14628,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Editor.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) Yenisabah.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,0 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə edilib:

2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 24,0 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artmış, bazar və yarmarkalarda isə 17,5 faiz azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb.