Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Bu məhsul da ucuzlaşdı – VİDEObackend

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Bu məhsul da ucuzlaşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.

Hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədar kartofa tələbatın azaldığını bildirirlər.

Cəlilabadlı fermerlər də məhsuldarlığın az olduğunu deyərək qiymətlərdən narazı olduğunu bildirirlər.

Təsərrüfatçılar birinci mərhələdə istixana şəraitində becərdikləri kartofun yığımına başlayıblar. Fermerlər deyirlər ki, builki mövsüm əlverişli keçsə də, məhsuldarlıq çox aşağıdır.

Təsərrüfat sahibləri deyirlər ki, bir neçə ildir toxumluq kartofun və mineral gübrələrin qiymətində kəskin artım var. Ona görə də kartofun maya dəyəri artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: