Əhalinin nominal gəlirləri azalıbbackend

Əhalinin nominal gəlirləri azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlkin məlumatlara görə, 2021-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri 4011,2 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3577,7 milyon manatlıq vəsait qalıb.

2020-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilə nisbətən 11,4 faiz artaraq 707,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3326,3 manat, qeyri neft-qaz sektorunda 651,2 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 631,1 manat, özəl müəssisələrdə isə 801,8 manat təşkil edib.

//milli.az