Əhaliyə ŞAD XƏBƏR– Qanunda DƏYİŞİKLİKbackend

Əhaliyə ŞAD XƏBƏR– Qanunda DƏYİŞİKLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya sahəsində nəzərdə tutulan islahatlar və bu istiqamətdə aparılacaq dinləmə və müzakirələrə aydınlıq gətirib.

Parlamentin komitə sədri APA-ya açıqlamasında deyib ki, “Əmək pensiyaları haqqında” qanun 2006-cı ildə qəbul ediləndən sonra bu sahədə islahatlar davam edir.

Quliyev qeyd edib ki, islahatların müəyyən müsbət nəticələri olsa da, bu sahədə müəyyən problemlər, çətinliklər hələ də qalmaqdadır: “Ona görə də Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üçün iş planına bununla bağlı dinləmə daxil etdik. Geniş dinləməni aprel və ya may aylarında keçirməyi planlaşdırırıq. Bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək”.