Əhməd İsmayılov: “İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir”backend

Əhməd İsmayılov: “İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstinadla bağlı məsələ hüquqi baxımdan həll edilib, qaydalara əməl etmək isə jurnalistlərin məsuliyyətidir”.

“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, istinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir:

“Əgər jurnalist görsə ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentliyinə müraciət edə bilər və Agentlik məsələni araşdırıb tədbir görə bilər. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb, müəllif yazının başqa saytda çıxmasına icazə verib”.