Əhməd İsmayılov: Televiziyaların reytinqini ölçmək üçün yeni mexanizmlər tətbiq olunacaq — VİDEObackend

Əhməd İsmayılov: Televiziyaların reytinqini ölçmək üçün yeni mexanizmlər tətbiq olunacaq — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan televiziyalarının reytinqini ölçmək üçün yeni mexanizmlər tətbiq olunacaq”.

Bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda keçirilmiş tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Gələcəkdə Azərbaycanda yeni reytinq sistemlərinin tətbiqi ilə bağlı imkanlar müzakirə olundu. Düşünürük ki, Azərbaycan Respublikasında həyata keçiriləcək bu tədbirlər reytinqlər üzrə mexanizmin formalaşdırılması bizə imkan verəcək ki, audiovizual media subyektlərinin inkişafı təmin edilsin. Bu audiovizual media subyektlərinin məzmun inkişafına, eyni zamanda onların iqtisadi müstəqilliyinin nail olunmasına xidmət edəcək” – icraçı direktor qeyd edib.

//Editor.az