ABŞ ordusu Yəməndəki Husi qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirir. Hücumlar əsasən Husilərin hərbi mövqelərinə və strateji obyektlərinə yönəlib. Vaşinqton bu əməliyyatların bölgədə təhlükəsizliyi təmin etməyə yönəldiyini bildirir. Husilər isə hücumlara cavab olaraq ABŞ və müttəfiqlərinə qarşı yeni hücumlar həyata keçirəcəklərini açıqlayıb. Regionda gərginlik artmaqda davam edir.
Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Yəməndəki böhranın hərbi yolla həlli mümkün görünmür. 10 ildən çoxdur davam edən bu münaqişədə dünya gücləri üz-üzə gəlməkdədir. Bölgədə humanitar fəlakət isə günü-gündən dərinləşir.