Əhmədin atası haqda maraqlı məlumatlar – Buna görə işdən çıxarılıbbackend

Əhmədin atası haqda maraqlı məlumatlar – Buna görə işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhməd Əhmədov adlı gənc ötən gün Bakının Xətai rayonunda dəhşətli qətl törədərək, cəmiyyətin diqqətini ailəsinin üzərinə çəkdi. Hazırda KİV-lərdə və sosial şəbəkələrdə 5 nəfəri – 1972-ci il təvəllüdlü atası Mehman Əhmədovu, 1977-ci il təvəllüdlü anası Bikə Əhmədovanı, 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Əhmədovu,  1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını qətlə yetirən cani barədə müxtəlif məlumatlar tirajlanır.

Editor.az yenisabah.az-a istinadən xəbər verir ki, oğlu tərəfindən qətlə yetirilən ailə başçısı Mehman Əhmədov barədə maraqlı məlumatlar əldə edib. Məlum olub ki, 52 yaşlı Mehman Əhmədov indiyə kimi müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu iş yeri “Azərbaycan Dəmir Yolları” QSC olub. Mehman Əhmədov 2022-ci ilə kimi “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. Amma KİV-də iddia edildiyi kimi İnfranstruktur departamentinin rəisi deyil, həmin departamentdə təsərrüfat sektorunun müdiri vəzifəsində çalışıb. O, bu qurumun sabiq rəhbəri Cavid Qurbanovun ən etibarlı kadrlarından biri olub. Buna görə də çalışdığı QSC-də əsas söz sahiblərindən sayılıb, bir çox təyinatların gerçəkləşməsində bilavasitə rol oynayıb. Lakin bir müddət sonra Cavid Qurbanovla aralarında soyuqluq yaranıb. Buna görə də 2022-ci ildə Cavid Qurbanov onu ixtisara salaraq, QSC-dən uzaqlaşdırıb. Amma Rövşən Rüstəmov 26 oktyabr 2022-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilməsindən sonra Mehman Əhmədova yenidən əməkdaşlıq təklif olunub. Yeni sədr köhnə kadrı öz komandasında görmək istəsə də, Mehman Əhmədov bundan imtina edib.

Keçmiş iş yoldaşları Mehman Əhmədovu imkanlı və xeyirxah adam kimi xatırlayırlar. Onların sözlərinə görə, mərhum hələ məmur işləyərkən ciddi biznes şəbəkəsinə sahib olub.

Məlumatlara görə, işdən çıxandan sonra Mehman Əhmədova ayrı-ayrı dövlət qurumlarından müxtəlif vəzifələr təklif olunub. Amma o, bizneslə məşğul olmağa üstünlük verərək, bu təkliflərdən mədəni şəkildə imtina edib.