İstanbulda Əkrəm İmamoğluna dəstək aksiyalarından sonra saxlanılan 127 nəfər girov müqabilində azadlığa buraxılıb.
Bildirilir ki, sərbəst buraxılanların əksəriyyəti aksiyalarda iştirak edən və martın 24-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evlərində saxlanılan tələbələrdir.
Qeyd edək ki, martın sonundan Türkiyədə ümumilikdə 2 minə yaxın adam saxlanılıb. Əkrəm İmamoğlu martın 19-da polis tərəfindən saxlanılıb. O, korrupsiyada ittiham olunur və müxalifət bu işin siyasi motivli olduğunu düşünür. Çünki siyasətçi Türkiyədə qarşıdan gələn prezident seçkilərində əsas namizədlərdən biri olub.
//Samir Qurbanov, Editor.az