“Əks halda Ermənistan həmişəlik “dalan ölkə” statusunda qalacaq”- ŞƏRHbackend

“Əks halda Ermənistan həmişəlik “dalan ölkə” statusunda qalacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan arasında sülh bağlanması məsələsi əslində nisbi məsələdir. Sülh müqaviləsinin olub-olmaması iki ölkənin münasibətlərinə əsaslı təsir edə bilməz. Əgər tərəflərdən biri və ya hər ikisi bu sülhdə səmimi deyilsə, qeyd edildiyi kimi bu sülh nisbi xarakter daşıyacaq, gec-tez sülhün pozulması ehtimalı olacaq. Ancaq səmimi olsalar sülh müqaviləsi olmadan da əlaqələr inkişaf edəcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

Onun sözlərinə görə, dünyada heç bir ölkə digər ölkə ilə münasibət qurmaq üçün sülh müqaviləsi bağlamır:

“Müharibə etmiş ölkələrin bir-birilə sülh bağlaması isə əksər halda məğlub tərəfin üzərinə öhdəliklər qoymaqla həll edilir ki, zamanla bu öhdəliklər sonradan ya gərginliyə səbəb olur, ya da əhəmiyyətini itirir. Azərbaycan isə Ermənistana bərabərhüquqlu sülh təklif edir, onun fikirlərini də hesaba alır. Hesab edirəm ki, sülh olmadan da münasibətlər inkişaf edə bilər, təbii ki, zamanla. Qeyd edilən ekspertin fikri də mümkün olan variantdır və bizim üçün ən məqbuludur. Çünki Ermənistan sülhə gəlmək istəmirsə, elə həmişə potensial düşmən obrazında qalmalıdır. Azərbaycan bu durumda daha sayıq olar. Həm hərbi, həm də diplomatik güclənməsini davam etdirər. Nəticədə isə Ermənistan həmişəlik “dalan ölkə” statusunda qalar. Bizə bu sərf edir”.

//Gülnarə Abasova, Editor.az