Əks-hücuma bəslənilən ümidlər özünü doğrultmur və NATO-nun hərbi təlimatları işləmir.
Editor.az bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov deyib. Bununla yanaşı o, Kiyevin qalib gəlmək şansının olduğuna əmindir. BBC-yə müsahibəsində Danilov qeyd edib ki, Ukraynaya “müəyyən qədər hərbi maliyyə” mütləq gələcək. “May ayında ölkəmizin hər bir vətəndaşı müharibənin tez bitməsini istəyirdi.
Ümidlər var idi, amma özünü doğrultmadı… Bu o demək deyil ki, qələbə bizim tərəfimizdə olmayacaq”, – deyə o hesab edir. MTMŞ-nun katibi etiraf edib ki, Ukrayna hakimiyyəti “çox optimistdir”. O, cəbhə xəttindəki hazırkı vəziyyəti çətin adlandırıb və NATO ölkələrinin də daxil olmaqla müharibə ilə bağlı köhnə hərbi dərsliklərin “arxivə qaytarılmalı” fikrini bildirib.
Noyabrın əvvəlində Volodimir Zelenski bu il və gələn il üçün Ukrayna Silahlı Qüvvələrinin hücumu davam etdirmək planlarını açıqlamışdı. Həmin ay “The Wall Street Journal” xəbər vermişdi ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində əks-hücum əməliyyatını bərpa etməyə çalışır, gecə saatlarında kiçik hərbi personal qruplarını Dneprdən keçirib. Dekabrın əvvəlində isə Aleksey Danilov Ukraynanın Rusiya ilə “mövqe mübarizəsi apardığını” söyləmişdi.
//Samir Qurbanov, Editor.az

