Ekskursiya qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölübbackend

Ekskursiya qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi xəbər yayıb. Xəbərə görə, Hebei əyalətinin Qinhuangdao şəhərində qayığın batması nəticəsində 31 nəfərin suya düşdüyü bildirilir. Onlardan 12-si dünyasını dəyişib.

6 nəfərin itkin düşdüyü bildirilir. “Sinxua” xəbər verir ki, onların hamısı sağ və xəsarət almadan tapılıb. İlkin araşdırmalar göstərir ki, qayıq ekskursiyalar üçün istifadə olunub, yerli sakinlər tərəfindən hazırlanıb və xilasedicilər və ya xilasedici jiletlərlə təchiz olunmayıb.

Qayığın sahibi və ondan ekskursiya üçün istifadə edənlər polis tərəfindən saxlanılıb. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

//Samir Qurbanov, Editor.az