Ekspert Hacıbala Abutalıbova suallar ünvanladı: “Cavab versə, qarşısında “şapka” çıxarıb baş əyərəm…”backend

Ekspert Hacıbala Abutalıbova suallar ünvanladı: “Cavab versə, qarşısında “şapka” çıxarıb baş əyərəm…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər paytaxtın icra başçısı postunu tutmuş Hacıbala Abutalıbov deyib ki, oğlanları müstəqil şəxslərdir və hər kəs kimi özlərinə iş qurmaq, pul qazanmaq imkanına sahibdirlər. Sırf hüquqi baxımdan Hacıbala müəllim haqlıdır. Amma müəllim (o cümlədən onun kimi düşünən bütün vəzifəli şəxslər) bəzi suallara səmimi cavab versinlər, cəmiyyət də bu hüquqdan yararlanaraq qazandıqlarını halal saysın.

 

Məsələn, hansı səbəbdən ən uğurlu biznes sahələri ancaq ya birbaşa, ya da dolayı yolla məmurlara bağlıdır?

 

Niyə bu ölkənin bütün zəngin adamları ya birbaşa ya da dolayı yolla siyasi hakimiyyətə bağlıdırlar?

 

Məmurlar cəmiyyətin qarşısına sənədlə-sübutla çıxmağı  bacararlarmı ki, onların vəzifədə olmadıqları və olduqları dövrdə əmlak vəziyyəti, maddi imkanları arasında fərq necədir?

 

Xüsusilə də ölkəyə böyük neft pulları gəlməmişdən (2006-cı ildən) əvvəl və sonra onların maddi imkanları, sərvətlərinin miqyası necə dəyişib?

 

Toplum qarşısına bu cür sualların cavabları ilə çıxmağa hazır olan istənilən ali ranqlı məmurun qarşısında şapka çıxarıb baş əyərəm…

 

Rövşən Ağayev

 

Ekspert