Ekspert: “Rusiya artıq hərbi məğlubiyyətə düçar olub…”backend

Ekspert: “Rusiya artıq hərbi məğlubiyyətə düçar olub…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna danışıqlarından hər hansı bir irəliləyiş gözləməyə dəyməz”. Bunu siyasi və iqtisadi ekspert Taras Zaqorodnıy deyib. Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Zaqorodnıy “Putin üçün Ukraynanın kapitulyasiyasından başqa istənilən nəticə onun hakimiyyətinin sonu demək olacaq. Çünki diktatorlar həmişə xarici siyasi məğlubiyyətlər nəticəsində dağılıb. ” -deyə bildirib.

Ekspert qeyd edib ki, Rusiya DXR və LXR-nin müstəqilliyini elan etməyə, onları Rusiya Federasiyasına birləşdirməyə və nüvə silahının təsirini artıq bu ərazilərə yaymağa çalışır:

“Lakin Ukrayna Rusiyanın elan etdiyi formatda təslim olmayacaq və Qərb tərəfdaşlarından Ukraynaya yardım gəlməkdə davam etdiyi üçün Rusiya da təcavüzünü davam etdirəcək. Xüsusilə, indi onlar əkin kampaniyasını pozmaq üçün artıq neft anbarlarını dağıtmaq, Ukrayna iqtisadiyyatını da sistemli şəkildə məhv etməklə məşğuldurlar”.

//Editor.az