Hərbi müşahidəçi qeyd edib ki, Rusiya Ukraynanın atəşkəsdən öz xeyrinə istifadə etməsini istəmir.
Rusiya ilə Ukrayna arasında 30 günlük atəşkəs əldə olunarsa , hər tərəf bundan istifadə edəcək. Bu fikri Ukrayna radiosunun efirində hərbi müşahidəçi Denis Popoviç deyib .
“Rusiya Federasiyasının reaksiyası göstərir ki, onlar bundan istifadə edəcəyimizdən çox qorxurlar. Çünki Putinin ötən həftə irəli sürdüyü şərtlərdən biri Ukrayna ordusunun səfərbər olunmayacağına, güclənməyəcəyinə, insanlara təlim keçməyəcəyinə zəmanətdir. Putin bunun baş verməyəcəyinə dair zəmanət almaq istəyir. Onlar da Ukraynaya bundan sonra hərbi yardımın olmayacağından qorxurlar “, – ekspert vurğulayıb.
Onun sözlərinə görə, ukraynalılar da başa düşürlər ki, istənilən atəşkəs Rusiya Federasiyası üçün də özünü gücləndirmək və gələcək hücumlara hazırlaşmaq üçün bir fürsətdir.
//Samir Qurbanov, Editor.az