ABŞ prezidenti Donald Trampın ölkəsinin sualtı qayıqlarının Rusiya donanmasını üstələməsi ilə bağlı açıqlamaları həqiqətə uyğun deyil.
Editor.az xəbər verir ki, bu fikri ehtiyatda olan birinci dərəcəli kapitan, hərbi ekspert Vasili Dandıkin aif.ru-ya müsahibəsində bildirib.
“Tramp ABŞ-ın sualtı qayıqlarının üstünlüyündən danışarkən blef edir. O, tez-tez superraketlərdən və digər silah sistemlərindən danışır. Amma fakt odur ki, biz onlardan bir nəsil öndəyik”, – deyə ekspert vurğulayıb.
//Samir Qurbanov, Editor.az

