ABŞ-ın yeni prezidenti Donald Tramp Vaşinqtonun iqtisadi üstünlüyünü saxlamaq üçün mümkün qədər Rusiya ilə Çinin yaxınlaşmasının qarşısını almağa çalışacaq.
Editor.az “RİA Novosti” yə istinadla xəbər verir ki, bunu söhbətində türkiyəli analitik Mustafa Rəcəb Erçin deyib.
Onun sözlərinə görə, Trampın siyasətlərinin əsas oxu Amerikanın üstünlüyüdür, ona görə də o, iqtisadi mövqeləşdirməyə böyük əhəmiyyət verəcək. Bu kontekstdə ekspert Trampın Rusiyanı mümkün qədər Çindən uzaqlaşdırmaq istəyəcəyini irəli sürür. O, Ukrayna böhranının həlli üçün danışıqlara başladıqdan sonra sanksiyaların ləğvi ehtimalını şərh edərək bunun mərhələli proses olacağını deyib.
“Düşünürəm ki, Ukrayna müharibəsinin bitməsi ilə sanksiyalar tədricən qaldırılacaq, lakin sərt danışıqlar olacaq. Təbii ki, bu ticarətin həcmi nə qədər olacaq? Bunu zaman göstərəcək”,- Erçin deyib.
Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin demişdi ki, Çin və ABŞ bir-birini düşmən görsələr, iki dövlət arasında münasibətlər tənəzzüllə üzləşəcək.
//Gülnarə Abasova, Editor.az